Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində az çiskinli yağış olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.