Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-37° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq.
Dəniz suyunun temperaturu 26-28° isti olacaq.
Avqustun 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.