Bugün, oktyabrın 7-də Alı Mustafayev küçəsində aparılan təmir işlərinə görə Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində hərəkət axşama qədər dayandırılıb. Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Buna görə Alı Mustafayev küçəsindən keçən 7A, 7B, 67, 85, 199 və 211 nömrəli avtobusların hərəkəti bugünlük alternativ küçələrlə həyata keçiriləcək.