top
Bugün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin vəfat etdiyi gündür
15 dekabr 2021, 23:19
- ↺ +

Bugün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin vəfat etdiyi gündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugün, dekabrın 16-da bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin vəfat etdiyi gündür.

Musiqiçi 16 mart 1940-cı ildə Bakıda İçəri Şəhərdə anadan olub. O, 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlib. Mustafazadə burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

Pianoçu 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub. Bəstəkar 1979-cu ildə Monakoda yeni caz festivalında iştirak edib. Bu tədbirin şərtlərinə görə, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi.  Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən “Azərbaycan, Vaqif Mustafazadə” eşidilib. O, Azərbaycana “Ağ royal” mükafatı ilə qayıdıb.

“Muğam” simfoniyasının (tamamlanmamış) müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni Caz-Muğam devizinin təsisçisidir. O, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda Yasamal qəbiristanlığında dəfn olunub. O, həmin ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

İncəsənət xadimi haqqında "Caz əfsanəsi — Vaqif Mustafazadə" adlı sənədli film çəkilib. 1989-cu ildə cazmenin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri onun anası Zivər xanım olub. 2004-cü ildə ev təmir edilib və Mədəniyyət Nazirliyinin nəzdində dövlət muzeyi kimi fəaliyyətə başlayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:05

İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Cəmiyyət
Dünən, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Dünən, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Dünən, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Dünən, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Dünən, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Dünən, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Dünən, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Dünən, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Dünən, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Dünən, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Dünən, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Dünən, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Dünən, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Oxşar xəbərlər