Bugünədək 439 yeniyetmə COVID-19 əleyhinə peyvənd vurdurub. Bu barədə noyabrın 2-də Səhiyyə Nazirliyindən məlumat verilib.
“Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb”, - deyə Nazirlikdən bildirilib.
Yeniyetmələrin vaksinasiyası tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə Bakı Sağlamlıq Mərkəzində aparılır.