Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Səhər yarımadanın bəzi yerlərində çiskinli, axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.