Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.