Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, noyabrın 16-da güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 7°- dək isti, gündüz 7-9° isti olacaq.
Rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.