Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.
Rayonlarda arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Duman olacaq və mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.