Bugün, oktyabrın 25-də SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından 13 il ötür.
Azərbaycan-sovet opera və estrada müğənnisi 1942-ci il 17 avqust tarixində Bakıda anadan olub. O, ilk rəsmi uğurunu 1962-ci ildə Helsinkidə VIII Ümumdünya Festivalında medal alaraq qazanıb. Bununla bağlı "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
Maqomaev C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ilə məşhurlaşıb.
Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub.
Müğənni 2008-ci ildə 67 yaşında Moskvada ürəyin işemik xəstəliyindən vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.