Bugün Bakı metrosunun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə noyabrın 11-də Bakı Metropolitenindən məlumat verilib.
Ehtiyat qatarları nəzərdə tutulub. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq.
Bu tədbirlər Bakı Olimpiya Stadionunda 21:00-da baş tutacaq Azərbaycan-Lüksemburq oyunu ilə bağlı görülür.