top
Bugün minada həlak olan polkovnik-leytenant Şirin Mirzəyevin ad günüdür
05 yanvar 2022, 07:29
- ↺ +

Bugün minada həlak olan polkovnik-leytenant Şirin Mirzəyevin ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şirin Vəli oğlu Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində anadan olub. O, Xankəndidə Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. Mirzəyev Bakıdakı Daxili Qoşunlar alayında xidmətini başa çatdırdıqdan sonra, 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbinə qəbul olub və 1971-ci ildə təhsilini bitirərək təyinatla İrəvana göndərilib. O, beş il burada xidmət etdikdən sonra, Bakıya qayıdıb.

Şirin Mirzəyev Daxili Qoşunlar alayında 15 il xidmət göstərib. Sonra isə o, Moskva Ali Siyasi Akademiyasına qəbul olub, 1988-ci ildə isə həmin müəssisəni bitirib. O, rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifələrinə qədər yüksəlib.

Qarabağ münaqişəsi başlayanda, Mirzəyev raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş edib. 1991-ci ilin oktyabrında polkovnik-leytenant respublikada ilk nizami özünümüdafiə batalyonunu yaradıb. 28 mart 1992-ci ildə Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada birinci tabor yaradılıb və o, Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib.

1992-ci il iyun ayının əvvəllərində komandir öz dəstəsilə Xaçınçay boyunca irəliləyərək, Qazançı kəndini düşməndən azad edib. Mirzəyev əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alıb. O, 18 iyun 1992-ci ildə Bakıya gəlib rəhbərliklə danışıq apardıqdan sonra, yenidən Qaralar kəndinə yola düşüb. Lakin Mirzəyev geri qayıdarkən içərisində olduğu maşın minaya düşüb. O, iki yaxın qohumu ilə birlikdə şəhid olub. Mərhum 20 iyun 1992-ci ildə Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

16 sentyabr 1994-cü ildə sözügedən şəxsə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Hazırda Bakının Nizami rayonunda onun adını daşıyan küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində şəhidin abidəsi qoyulub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Bütün Xəbərlər
Dünən, 13:32

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı dezinformasiya yayıb

Bütün Xəbərlər
Dünən, 13:27

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bütün Xəbərlər
Dünən, 12:27

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Dünən, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bütün Xəbərlər
Dünən, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Bütün Xəbərlər
Dünən, 09:49

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Bütün Xəbərlər
Dünən, 09:16

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Bütün Xəbərlər
Dünən, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
13 oktyabr 2026, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Bütün Xəbərlər
13 oktyabr 2026, 16:46

Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab məsələsinə münasibət bildirib

Bütün Xəbərlər
13 oktyabr 2026, 15:52

Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: "Bıçağı corabımdan çıxardım…"

Oxşar xəbərlər