top
Bugün Şuşada Üzeyir Hacıbəylinin doğum günü keçirilir
17 sentyabr 2021, 23:45
- ↺ +

Bugün Şuşada Üzeyir Hacıbəylinin doğum günü keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugün, 18 sentyabr tarixində 30 ildən sonra ilk dəfə Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Sentyabrın 24-dək keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı Şuşada baş tutacaq. Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeyləri, Xan qızı bulağı, Qala divarı və Cıdır düzü ziyarət olunacaq.

Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və solistlərin çıxışı ilə Şuşada açıq havada konsert təşkil olunacaq. Tədbirdə, həmçinin ABŞ və Polşadan olan musiqiçilər iştirak edəcək.

Festival çərçivəsində Bakı, Gəncə, Ağdamda da bir neçə tədbirin təşkili planlaşdırılıb.

Pandemiya ilə əlaqədar festivalda yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə iştirak etmək mümkün olacaq.

Ü. Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bəstəkarın doğum günündə keçirilir. Əlavə olaraq, 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli bəstəkar, musiqişünas alim, publisist, dramaturq, ictimai və siyasi xadim olmuşdur. O, Azərbaycanda və Şərqdə opera sənətinin əsasını qoyan “Leyli və Məcnun”un müəllifidir. Üzeyir Hacıbəyliyə məxsus “Koroğlu” əsəri dünya operaları arasında xüsusi yer alır.

Həmçinin bəstəkarın “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyaları Şərqdə operetta janrının formalaşmasında rol oynayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Cəmiyyət
Dünən, 17:29

Elbrus dağında nadir nadir təbiət hadisəsi: "Bulud şəlaləsi" - VİDEO

Cəmiyyət
Dünən, 16:30

Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb

Cəmiyyət
Dünən, 12:29

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cəmiyyət
Dünən, 11:59

99 yaşlı britaniyalı qadın qeyri-adi rekorda imza atıb - VİDEO

Cəmiyyət
Dünən, 11:14

Çinin Quançjou şəhərində metroda idman zonaları yaradılıb - VİDEO

Cəmiyyət
Dünən, 10:51

Eks-icra başçısının xanımı da ifadə verdi - "Oğlum çox şeyi onunla məsləhətləşirdi"

Cəmiyyət
Dünən, 10:34

Tramp Hörmüz boğazının "Tramp boğazı" adlandırılmasını təklif edib - VİDEO

Cəmiyyət
Dünən, 09:17

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Cəmiyyət
Dünən, 08:59

SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 17 oktyabr

Cəmiyyət
16 oktyabr 2026, 21:50

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Cəmiyyət
16 oktyabr 2026, 17:49

Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək

Cəmiyyət
16 oktyabr 2026, 17:04

Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub

Cəmiyyət
16 oktyabr 2026, 16:59

Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI

Cəmiyyət
16 oktyabr 2026, 16:52

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

Cəmiyyət
16 oktyabr 2026, 15:13

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

Cəmiyyət
16 oktyabr 2026, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
16 oktyabr 2026, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir - VİDEO

Cəmiyyət
16 oktyabr 2026, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Cəmiyyət
16 oktyabr 2026, 13:50

"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Oxşar xəbərlər