Bugün, oktyabrın 11-dən Xəzərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlimləri başlayıb. Təlimlər 13 oktyabr tarixinədək davam edəcək.
Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimin məqsədi dənizin Azərbaycan sektorundakı enerji infrastrukturunun müdafiəsidir.