Oktyabrın 8-də diplomatik korpusun press-attaşelərinin Şuşaya səfəri başlayıb. Bu barədə XİN rəsmi Twitter hesabında bildirib.
Paylaşımda deyilir ki, səfərin proqramına Azərbaycanın mədəniyyət paytaxtında görməli yerlərə gəzinti, bərpa işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxil olacaq.
The visit of the press attachés of the diplomatic corps in #Azerbaijan to the city of #Shusha has started.
Interesting program in the cultural capital of Azerbaijan to take place, including visit to landmarks, reconstruction areas, enjoying ??folk music on famous “Jidir Plain”. pic.twitter.com/cJJnc50ZWg
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 8, 2021