Bugündən, noyabrın 19-dan Azərbaycan Karyera İnkişaf Forumuna qeydiyyat başlayır. Bu haqda Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Son müraciət tarixi noyabr ayının 30-dur. Qeydiyyat ödənişsizdir və seçim əsasında aparılacaq. Seçilən şəxslərlə qeyd edilən mobil nömrə vasitəsilə 7 dekabr 2021-ci il tarixinədək əlaqə saxlanılacaq.
8 dekabr tarixində Bakıda keçiriləcək Forumun məqsədi əmək bazarı barədə məlumatlılığı artırmaq və gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaqdır.