Bakı funikulyorunun fəaliyyəti dekabrın 16-da 21 aydan sonra bərpa edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Funikulyor 2020-ci ilin mart ayından, pandemiyanın ilk günlərindən bağlanmışdır. Funikulyorda gediş haqqı bir manat təşkil edir.
Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.