Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsində yerləşən “Burger King” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb. Bu barədə Trend aprelin 25-də Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verib.
Restoranda plandankənar yoxlama keçirilib. Nəticədə restoranın dondurucu kamerasında 31 karton qablaşdırmada 744 ədəd yararlıq müddəti bitmiş çörək tapılıb.
Faktla bağlı araşdırma davam edir.