Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində bugünədək 338 partlamamış hərbi sursat və 5 cərgəli mina xətti aşkarlanıb. Bu barədə dekabrın 16-da ANAMA supervayzeri Natiq Əsədov məlumat verib.
Məlumata əsasən, təmizləmə işləri davam edir.