Noyabrın 29-da Cəbrayıl rayonunun Mehdili kəndində təmir-tikinti işləri aparan şəxs minaya düşüb. Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Minaya düşməsi nəticəsində Natiq Məmmədovun sağ ayağı amputasiya olunub.
Dünən, noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu minaya düşüb. Bir hərbçinin sol ayağı topuqdan amputasiya edilib, digər hərbçinin isə müalicəsi davam etdirilir.