Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycanı 11 idmançı təmsil edəcək. Bu haqda Cüdo Federasiyası məlumat verib.
Yarışda idmançılar 60, 66, 73, 81, 90 və 100 kiloqram çəki dərəcəsində çıxış edəcəklər.
Turnirdə 27 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.