Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirində Orxan Səfərov qızıl medal qazanıb. Bu haqda dekabrın 6-da İdman TV məlumat verib.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək yarışın birincisi olub.
Qeyd edək ki, Azərbaycan "Böyük dəbilqə" turnirində 33 idmançı ilə təmsil olunur.