Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda dekabrın 20-də APA məlumat yayıb.
Cinayət işi üzrə toplanmış materiallar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
N. Zeynalov Cinayət Məcəlləsinin “mənimsəmə və ya israf etmə təkrar törədildikdə”, “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə”, “xeyli miqdarda ziyan vurmaqla törədildikdə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “külli miqdarda rüşvət alma”, “təkrar rüşvət alma”, “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunur.
O, 2018-ci ilin fevralın 6-da bu vəzifəyə təyin olunub. 2020-ci ilin dekabrında isə vəzifəsindən azad edilib.