Azərbaycanda VI sinif şagirdi dərs vaxtı dünyasını dəyişib. Bu haqda aprelin 9-da Qafqazinfo məlumat yayıb.
Hadisə Cəlilabadda Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. 2010-cu il təvəllüdlü oğlan tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının yaxınlarının dediklərinə görə, mərhum bundan əvvəl də bir necə dəfə özündən gedib. Həkimlər bunun qan azlığından irəli gəldiyini bildiriblər.