Cəlilabad rayonunda yol qəzası baş verib. Bu barədə yanvarın 5-də Report məlumat yayıb.
Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə sürücülərdən birinin ayağı sınıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, xəsarət alan sürücü yol polisi əməkdaşıdır və qəzanı öz şəxsi avtomobili ilə törədib. Faktla bağlı araşdırma aparılır.
Bugün səhər saatlarında Bakı-Ələt yolunda da yol qəzaları qeydə alınıb. Nəticədə 8 nəfər xəsarət alıb.