Aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 7-9°, gündüz 17-19° isti olacaq.
Rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Şimşək çaxacaq, dağlıq ərazilərdə qar yağacaq. Hava gündüz yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.
Havanın temperaturu gecə 5-10°, gündüz 20-25°, dağlarda gecə 0-5°, gündüz 9-14° isti olacaq.