Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini əlaqələndirən avtomobil yolları yenidən qurulur. Bu barədə mayın 31-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yolun ümumi uzunluğu 36,2 kilometr təşkil edir.
Uzunluğu 5,5 kilometr olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri və suötürücü boruların quraşdırılması yekunlaşıb.
2,5 kilometrlik Təklə-Abazallı, 28,2 kilometrlik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 kilometrlik hissəsində torpaq işləri yerinə yetirilib, suötürücü boruların inşası davam edir.
“Yenidən qurulan yollar ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq”, - deyə agentlikdən əlavə edilib.
[gallery link="file" size="full" ids="50846,50847,50848"]