2022-ci ilin ilk iki ayında Azərbaycan iqtisadiyyatına 1,4 milyard manata yaxın investisiya qoyulub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır. Bu haqda Dövlət Statistika Komitəsinin 11 mart tarixində dərc edilmiş hesabatında deyilir.
Hesabata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2% azalıb, qeyri-neft-qaz sektoruna isə 12,1% artıb. Vəsaitin 73,5%-i istehsal sahələrinə, 17,9%-i xidmət sahələrinə, 8,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.