Azərbaycanda icbari tibbi sığorta xidmətlərinin göstərilməsinə əlavə dəyər vergisindən (ƏDV) azadolmanın müddəti 2023-cu ilin yanvarın 1-dək uzadılıb. Bu barədə 13 yanvar tarixində Prezident İlham Əliyevin rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, sözügedən güzəştin müddəti bu il yanvarın 1-də bitmişdi.
Azərbaycanda ƏDV-nin dərəcəsi 18% təşkil edir.