Bu gün, aprelin 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail İvanoviç Petrakovla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın icrası, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığa dair saziş layihələri ətrafında fikir mübadiləsi aparıblar.