Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışıb. Bu barədə XİN dekabrın 6-da bildirib.
Tərəflər bölgədə mövcud olan ən son vəziyyəti, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu haqda danışıblar.
Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu geri qaytarılmasını, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal kimi dəyərləndirib.
Tərəflər arasında həmçinin ikitərəfli əməkdaşlıq məsələləri və digər mövzular da müzakirə edilib.