Azərbaycanda son sutka ərzində 2015 nəfər koronavirusa yoluxub. Bu barədə noyabrın 16-da Operativ Qərargahdan məlumat verilib.
2178 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 40 minə yaxın peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5 028 482, tam vaksinasiyadan keçənlərin sayı isə 4 490 360 təşkil edir. 613 mindən çox insan buster doza vurdurub.