Azərbaycanda son sutka ərzində koronavirusa 2025 yoluxma faktı qeydə alınıb. Bu barədə noyabrın 17-də Operativ Qərargahdan məlumat verilib.
2267 nəfər sağalıb, 22 nəfər vəfat edib.
“Payız-qış mövsümündə respirator virus infeksiyaları artır. Hava-damcı yolu ilə yayılan xəstəliklərdən qorunma üsulları eynidir”, - bunu Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib. Eyni zamanda mütəxəssis risk qrupuna aid olan şəxslərə buster dozanı vurdurmağı tövsiyə edib.