Koronavirus xəstəliyini keçirmiş insanlarda COVID-19-un təsirlərindən olan hərarət, əzələ ağrıları, ümumi zəiflik, iy və dad bilmənin pozulması bir müddət qala bilər. Bu haqda Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 16 sentyabr tarixində Trend-ə məlumat verib.
Onun sözlərinə əsasən, xüsusən yaşlılar və xroniki xəstələr koronavirusdan bir müddət sonra ağciyərlərin qalıq fibrozlaşmasından əziyyət çəkirlər. Xəstəliyin əlamətləri daimi nəfəs darlığı və quru öskürəkdir.
Statistikaya əsasən, pandemiya dövründə Azərbaycanda ümumilikdə 420 025 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.