Ötən gün Azərbaycanda 6 koronavirus xəstəsi ictimai yerdə saxlanılıb, onlardan 3-ü barəsində isə cinayət işi açılıb. Bu barədə dekabrın 23-də DİN məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxslər tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarılıblar. Onlardan 3 nəfər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.
Bu əməl 2 500 manatdan 5 000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.