Sabah, aprelin 29-da cüdo üzrə Avropa çempionatına start veriləcək. Azərbaycanı yarışda 11 idmançı təmsil edəcək. Bu barədə 28 aprel tarixində Azərbaycan Cüdo Federasiyasının Facebook səhifəsində məlumat verilib.
Baş məşqçi Riçard Trautmanın rəhbərliyi altında Balabəy Ağayev, Əhməd Yusifov (-60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (-73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri (+100 kq), Şəfəq Həmidova və Ramilə Əliyeva (-48 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışda 40 ölkədən 362 idmançı iştirak edəcək. Çempionata 1 may tarixində yekun vurulacaq.