Aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Havanın temperaturu Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Rayonlarda hava yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 25-30°, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacaq.