Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək.
Gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 10-12°, gündüz 17-19° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13°, gündüz 22-27°, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaq.