Şahruddin Məhəmmədəliyev UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsində ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
27 yaşlı azərbaycanlı qolkiper 7 oyunda 40 qurtarışla yadda qalaraq bu nominasiyada üçüncü pillədə qərarlaşıb. Siyahıya 44 “seyv”lə San Marino yığmasının qapıçısı Elia Benedettini başçılıq edir. Lixtenşteyn oyunçusu Benyamin Byuhel isə 43 dəfə qapısını qoldan xilas edərək ikinci sırada yer alıb.
Oktyabrın 12-də Belqradda keçirilən oyunda Azərbaycan komandası Serbiya yığmasına 1:3 hesabı ilə məğlub olub.