Dələduzluqda ittiham olunan “Konstra” MTK-nın direktorunun və onunla əlbir olan daha 2 şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda yanvarın 14-də APA məlumat verib.
Onlar bir mənzili bir neçə adama satmaqda ittiham edilib. Direktor cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.
İş üzrə 120-dən çox zərərəçəkən şəxs var.