Gəncədə dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun cinayət işi üzrə hökm oxunub. Bu barədə dekabrın 21-də Report məlumat paylaşıb.
Hökmə əsasən, R. Hüseynov 8 il, Ə. İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əli İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, toxumçuluqla məşğul olan uşaqlıq dostu ilə birgə 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Saxlanılan şəxslər barəsində “dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə cinayət işi başlanılıb.