Martın 14-də tədrisi Azərbaycan dilindən fərqli dildə olan ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan mərkəzinin saytında məlumat verilib.
Şagirdlərə 30 test tapşırığı təqdim olunacaq. Onlardan 27-si qapalı tipli, 3-ü isə yazılı şəkildə olacaq. Səhv cavablar yekun bala təsir göstərməyəcək. Maksimum bal 100 olacaq.
İmtahan saat 11:00-da başlayacaq və 1 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İmtahana aşağıda qeyd esilən sənədlər gətirilməlidir:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.