Sentyabrın 15-də polis əməkdaşları tərəfindən 6 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Hadisə barədə səhiyyə qurumları məlumatlandırılıb. 4 nəfər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma davam edir.
Azərbaycanda indiyədək koronavirus infeksiyasına 465 390 nəfər yoluxub, onlardan 6 195 xəstə vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 39 170 nəfər təşkil edir.