Azərbaycan ərazisinə Ermənistandan qanunsuz yollarla keçən avtomobillər saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan qanunlarına uyğun tədbirlər görüləcək. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmisi sentyabrın 15-də bildirib.
Daha öncə erməni mətbuatında yayılan məlumata əsasən, Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsü Azərbaycan polisləri tərəfindən saxlanılıb.