Yanvarın 5-də Bakıda və ölkə ərazisində 83 toy şənliyinin monitorinqi həyata keçirilib.
DİN-dən verilən məlumata görə, monitorinq 82 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər cərimə olunub. 3 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.