Yanvarın 4-də Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqi həyata keçirilib.
DİN-dən verilən məlumata görə, monitorinq 116 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər cərimə olunub. 29 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.