Dünən, dekabrın 28-də Varşavada keçirilən şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub. 17 yaşlı özbək şahmatçı Nodirbek Abdusattorov taybreykdə rusiyalı grossmeyster Yan Nepomnyaşiyə qalib gələrək rapid üzrə dünya çempionu olub.
Azərbaycan şahmatçılarından ən yüksək nəticəni Şəhriyar Məmmədyarov göstərib. 13 turda 9 xal toplayan Şəhriyar 8-ci yeri tutub.
Qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk dünya çempionu olub. Gülnar Məmmədova 7,5 xal toplayaraq 12-ci yerdə qərarlaşıb.
Bugün turnirdə blits yarışları start götürür. İki günün nəticəsində şahmatın bu növündə də dünya çempionları müəyyənləşəcək.