Dərzi peşəsi üzrə hazırlıq kursunun 3-cü qrupunun təlimləri başlayıb. Bu haqda 5 noyabr tarixində Dövlət Məşğulluq Agentliyinin saytında məlumat verilib.
İki ay davam edəcək kursa 12 nəfər cəlb edilib.
Kursa cəlb edilən şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. İmtahanlardan keçən məzunlara sertifikat təqdim ediləcək və onlar Bakı Tikiş Evində işlə təmin olunacaqlar.
Bundan öncəki kursun məzunu olan 9 nəfər artıq işlə təmin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.
Növbəti təlimlərə qatılmaq istəyən Bakı, Sumqayıt şəhəri və Abşeron rayon sakinləri qeydiyyat üçün müvafiq Ərazi Məşğulluq Filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilərlər.