Martın 13-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb. Bu haqda aprelin 8-də DİM məlumat yayıb.
Sertifikatları əldə etmək üçün namizədlər Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət edə bilərlər.
Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.