Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib. Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Fərhad Adıgözəlov 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. 2020-ci ilin sentyabr ayından isə o, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilmişdir.